Modern.az

Pezeşkian Trampa müraciət etdi

Pezeşkian Trampa müraciət etdi

Dünya

23 Aprel 2026, 10:56

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, atəşkəsin pozulması, dəniz blokadası və ABŞ tərəfindən edilən təhdidlər real danışıqlar üçün əsas maneələrdir.

Modern.az xəbər verir ki, Pezeşkian bu barədə X hesabında yazıb.

O qeyd edib ki, Tehran dialoqu və danışıqlar yolu ilə razılaşmanı dəstəkləyir və bunu davam etdirir. O əlavə edib ki, “öhdəliklərin pozulması, blokada və təhdidlər həqiqi danışıqlara əsas maneələrdir”.

Prezident ABŞ Prezidenti Donald Trampa müraciət edərək deyib: “Dünya sizin bitib-tükənməyən ikiüzlü ritorikanızı və bəyanatlarla əməllər arasındakı ziddiyyəti görür”.

Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirmişdi ki, “tam atəşkəs yalnız o zaman məna kəsb edir ki, o, dəniz blokadası və dünya iqtisadiyyatının girov götürülməsi ilə pozulmasın və İsrailin müharibə ritorikası bütün cəbhələrdə dayandırılsın”.

Sizə yeni x var
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!