Modern.az

ABŞ hərbi itkilərini gizlədib? - iddia

ABŞ hərbi itkilərini gizlədib? - iddia

Dünya

Bu gün, 11:24

ABŞ Müharibə Nazirliyi yaralı hərbçilərin rəsmi sayını gözlənilmədən azaldıb.

Modern.az xəbər verir ki, "The Intercept" nəşrinin məlumatına görə, Pentaqon əvvəl açıqlanan 428 nəfərlik göstəricini 413-ə (bəzi hesabatlarda 411-ə) endirib. Dəyişikliklə bağlı isə hər hansı rəsmi izah verilməyib.

Mənbələr və keçmiş rəsmilər bildirirlər ki, itkilərin izlənməsi üçün istifadə olunan DCAS sistemi bəzi hallarda yüzlərlə yaralanmanı qeydə almaya və ya ümumiyyətlə nəzərdən qaçıra bilər.

Qeyd olunur ki, bəzi hadisələr – o cümlədən gəmilərdə baş verən xəsarətlər və ya xəstəlikdən ölüm halları – ümumi statistikaya daxil edilmir.

İddialara görə, hətta qeydə alınmış ölüm hadisələrindən ən azı biri – mayor Sorfli Doviusun ölümü – rəsmi hesabatlarda yer almayıb.

Qeyd edək ki, hazırda rəsmi qurumlardan əlavə açıqlama gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!