Modern.az

ABŞ İranla müharibəyə 50 milyard dollar xərcləyib

ABŞ İranla müharibəyə 50 milyard dollar xərcləyib

Dünya

Bu gün, 13:39

ABŞ-ın İrana qarşı əməliyyatının faktiki dəyəri təxminən 50 milyard dollardır ki, bu da Pentaqonun açıqladığı rəqəmdən təxminən iki dəfə çoxdur.

Modern.az xəbər verir ki, bu barədə CBS News daxili hesablamalarla tanış olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin 29 apreldə keçirilən dinləmələri zamanı Pentaqon rəsmiləri "Epik Qəzəb" əməliyyatının dəyərini təxminən 25 milyard dollar qiymətləndiriblər. Mənbələr qeyd edirlər ki, bu rəqəmə yalnız sursatın dəyəri daxildir.

Müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəislərinin sədri general Den Keyn bu həftə qanunvericilər qarşısında Pentaqonun 1,5 trilyon dollarlıq böyük büdcə tələbini müdafiə etmək üçün ifadə versələr də, daxili hesablamalarla tanış olan mənbələr ABŞ rəsmilərinə görə, bu günə qədər hərbi əməliyyatın dəyərini 50 milyard dollara yaxınlaşdığını təxmin ediblər.

Bu rəqəmə yalnız istifadə olunmuş sursatın dəyəri deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnikanın və müxtəlif obyektlərin qiyməti daxildir. Pentaqonun nəzarətçisi vəzifəsini icra edən Jules Hurst 30 apreldə Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində regiondakı obyektlərin bərpasının dəyərini qiymətləndirməyin hələ də çətin olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu