ABŞ hakimiyyətinin İranın hərbi baxımdan tam məğlub edilməsi ilə bağlı açıqlamaları ölkənin kəşfiyyat məlumatları ilə ziddiyyət təşkil edir.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Məlumata əsasən İran mobil raket qurğularının təxminən 70 faizini və müharibədən əvvəlki raket arsenalının böyük hissəsini qoruyub saxlayıb.
Tehran Hörmüz boğazı yaxınlığındakı raket komplekslərinin əksəriyyətinin döyüş hazırlığını da bərpa edib.
Nəşr qeyd edir ki, bu məlumatlar ABŞ Prezidenti Donald Trampın İranın hərbi imkanlarının “tam məhv edilməsi” ilə bağlı açıqlamalarını şübhə altına alır.
Qəzet həmçinin bildirir ki, mümkün yeni əməliyyatlar ABŞ-ın “Tomahawk”, “Patriot” və ATACMS kimi mühüm silah ehtiyatlarının daha da azalmasına səbəb ola bilər.