İsrail Baş naziri Beyamin Netanyahu ətrafında və hakim koalisiyada parlament seçkilərinin vaxtı ilə bağlı müzakirələr aparılır.
Modern.az xəbər verir ki, bu barədə “İsrael Hayom” nəşri məlumat yayıb.
Məlumata görə, Netanyahu seçkilərin əvvəlcədən planlaşdırıldığı kimi oktyabrın sonunda keçirilməsinin tərəfdarıdır. Lakin onun ətrafındakı bəzi şəxslər və "Shas" partiyasının nümayəndələri səsvermənin sentyabrın əvvəlinə keçirilməsini təklif edirlər.
Bildirilir ki, bu variant qəbul olunarsa, Knessetin buraxılması ilə bağlı qanun layihəsinin yaxın həftələrdə gündəmə gətirilməsi mümkündür.
Nəşr qeyd edir ki, erkən seçki qərarı koalisiyanın yay sessiyasında qəbul etməyi planlaşdırdığı bir sıra qanun layihələrindən imtina ilə nəticələnə bilər. Bunlar arasında hərbi çağırışla bağlı qanun, hökumətin hüquq müşavirinin səlahiyyətlərinin bölünməsi və araşdırma üzrə paritet komissiyasının yaradılması da var.