Modern.az

Paşinyan evli olduğunu bəyan etdi

Paşinyan evli olduğunu bəyan etdi

Dünya

Bu gün, 13:43

Ermənistanın baş naziri Nikol Paşinyan öz əmlakı və gəlirləri haqqında illik bəyannaməni Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan daşınmaz əmlak kimi İcevan şəhərində yerləşən və ortaq mülkiyyətdə olan mənzili bəyan edib. Digər daşınmaz əmlakı və nəqliyyat vasitəsi olmadığını göstərib.

Son bir il ərzində Paşinyanın gəlirləri 31 milyon 882 min 198 dram təşkil edib və bu məbləğ maaş kimi əldə olunub. O, əlavə olaraq 4 milyon 768 min 480 dramı gəlir vergisinin geri qaytarılması hesabına alıb.
“Vətəndaş Müqaviləsi” partiyasından royalti kimi 500 min dram, “Zayed” İnsan Qardaşlığı Mükafatı Komitəsindən isə 500 min ABŞ dolları (təxminən 185 milyon dram) alıb.

Beləliklə, Paşinyanın illik ümumi gəliri təxminən 222 milyon dram təşkil edib. Bəyannamənin təqdim edildiyi tarixə olan məlumata görə, Paşinyanın bank hesabında 4 milyon 18 min 75 dram, nağd şəkildə 700 min dram və 800 ABŞ dolları olub.

Qeyd olunur ki, Nikol Paşinyan bəyannamədə ailə vəziyyətini evli kimi göstərib, baxmayaraq ki, Anna Akopyanla rəsmi nikah qeydiyyatı olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?