Modern.az

400-dən çox əsir mübadilə edildi

400-dən çox əsir mübadilə edildi

Dünya

15 May 2026, 11:42

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna əsirliyində olan 205 rusiyalı hərbçi ölkəyə geri qaytarılıb. Eyni zamanda, Rusiya tərəfi də 205 ukraynalı hərbçini qarşı tərəfə təhvil verib.

Məlumata görə, əsir mübadiləsində vasitəçi qismində Birləşmiş Ərəb Əmirlikləri çıxış edib.

Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl mayın 9-11-ni əhatə edən üç günlük atəşkəs dövründə tərəflər arasında genişmiqyaslı əsir mübadiləsinin həyata keçiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, həmin proses çərçivəsində hər iki tərəfdən min nəfərin qarşılıqlı şəkildə azad ediləcəyi planlaşdırılırdı.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!