Modern.az

Ukraynanın son sutkadakı itkiləri

Ukraynanın son sutkadakı itkiləri

Dünya

Bu gün, 19:29

Rusiya Ukrayna Silahlı Qüvvələrinin son 24 saat ərzində müxtəlif istiqamətlərdə itkilər verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusunun bölmələri Şimal Hərbi Dairəsi zonasında ümumilikdə 1045 hərbçi itirib.

Məlumata əsasən, itkilər ayrı-ayrı istiqamətlər üzrə də qeydə alınıb: Ukrayna ordusu Şimal qüvvələr qrupunda 180-dən çox, Qərb istiqamətində 170-dən çox, Cənubda 105-ə qədər, Mərkəz istiqamətində 270-dən çox, Şərqdə 255-dən çox və Dnepr istiqamətində isə 65-ə qədər hərbçi itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?