Modern.az

Kadir İnanırın SON DURUMU

Kadir İnanırın SON DURUMU

Dünya

Bu gün, 18:47

Türkiyənin tanınmış aktyoru Kadir İnanırın səhhəti ilə bağlı son durumu açıqlanıb.

Modern.az xəbər verir ki, bir müddətdir sağlamlıq problemləri yaşayan sənətçi ötən gün vəziyyəti pisləşdiyi üçün Beşiktaşdakı xəstəxanalardan birinə yerləşdirilib.

İlkin tibbi müdaxilədən sonra o, reanimasiya şöbəsinə köçürülüb.

Kadir İnanırın həyat yoldaşı Jülide Kural aktyorun səhhəti ilə bağlı məlumat verib.

“Təəssüf ki, Kadir soyuqdəymə keçirib və ağciyər infeksiyası yaranıb. Hazırda vəziyyəti yaxşıdır. Həkimlər onu yaxından nəzarətdə saxlamaq üçün reanimasiyada müşahidə edirlər. Onun ən böyük düşməni siqaretdir. Ümid edirəm ki, bu, sonuncu dəfə olar və siqareti tərgidər”, - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?