Modern.az

10 nəfərlik ailə qətlə yetirildi

10 nəfərlik ailə qətlə yetirildi

Dünya

18 May 2026, 00:01

Meksikanın Puebla ştatında naməlum şəxslər eyni ailənin 10 üzvünü öldürüblər.

Modern.az xəbər verir ki, bu barədə “El País” qəzeti Puebla ştatının İctimai Təhlükəsizlik Katibliyinə istinadən məlumat yayıb.

Hadisənin Teuisinqo bələdiyyəsində baş verdiyi bildirilib.

Məlumata görə, ölənlər arasında altı kişi, üç qadın və azyaşlı uşaq olub. Qətlə yetirilənlər arasında iki aylıq körpənin də olduğu qeyd edilib.

Hazırda hadisəni törədən şəxslərin saxlanılması ilə bağlı məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi