Modern.az

WUF15 Daşkənddə keçirilsin - Prezidentdən TƏKLİF

WUF15 Daşkənddə keçirilsin - Prezidentdən TƏKLİF

Dünya

Bu gün, 15:10

Azərbaycan, xüsusilə də paytaxt Bakı sürətli və genişmiqyaslı inkişaf mərhələsindən keçir. 

Modern.az xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videobağlantı vasitəsilə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.

O qeyd edib ki, qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib.

“Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan da bu kimi nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”.

O eyni zamanda vurğulayıb ki, forumun əsas mövzusu olan “Dünyanı təhlükəsiz və dayanıqlı şəhərlər və icmalarla təmin etmək” çağırışı bu gün də aktuallığını qoruyur.

O, həmçinin “Yaşıl məkan” və “Təmiz hava” proqramları çərçivəsində 2030-cu ilədək şəhərlərdə yaşıllıq səviyyəsinin 30 faizə çatdırılmasının hədəfləndiyini deyib.

“Yeni Daşkənd meqalayihəsi də Özbəkistanın urbanizasiya strategiyasının nümunəsi kimi təqdim olunub. 2 milyon nəfərin yaşayışı üçün nəzərdə tutulan layihədə “yaşıl”, “ağıllı”, təhlükəsiz və “15 dəqiqəlik şəhər” prinsipləri tətbiq ediləcək.

Layihənin birinci mərhələsində dəyəri 25 milyard dollardan çox olan investisiya layihələrinə başlanılıb. Layihənin konsepsiyası forum çərçivəsində keçirilən Urban Expo sərgisində təqdim olunur”, - deyə o bildirib.

Ş.Mirziyoyev tərəfdaş ölkələri kiçik və orta şəhərlərin inkişafına daha çox diqqət ayırmağa çağırıb. O, həmçinin şəhər idarəçiliyində rəqəmsal transformasiya imkanlarından bərabər istifadə məqsədilə WUF15-i 2030-cu ildə Yeni Daşkənddə keçirməyi təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir