Modern.az

Salon güzgüsünün altındakı qara düymə nə üçündür? - Çox vacib imiş

Salon güzgüsünün altındakı qara düymə nə üçündür? - Çox vacib imiş

Dünya

Bu gün, 13:55

Bir çox sürücü avtomobilin salon güzgüsünün altında yerləşən kiçik düymənin nə işə yaradığını bilmir. Bu düymə arxadan gələn avtomobillərin faralarının sürücünü qamaşdırmasının qarşısını almağa kömək edir.

Modern.az-ın xəbərinə görə, düymə güzgünü gündüz və gecə rejimləri arasında dəyişir.

Ənənəvi güzgülərdə xüsusi konstruksiyalı şüşə vasitəsilə iki fərqli parlaqlıqda əks görüntü əldə edilir. Düyməni hərəkət etdirdikdə güzgünün bucağı dəyişir və daha zəif əks görüntü görünür.

Bu funksiya xüsusilə gecə və zəif işıqlandırılmış yollarda faydalıdır. Beləliklə, arxadakı avtomobillərin faraları sürücünün gözünü qamaşdırmır, yol vəziyyətini izləmək isə mümkün olaraq qalır.

Müasir avtomobillərdə bu funksiya avtomatik də işləyə bilir. Mexaniki sistemlərdə isə gecə rejimini sürücü özü aktivləşdirməlidir.

Gecə səfərindən sonra güzgünü yenidən gündüz rejiminə qaytarmaq tövsiyə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV