Modern.az

O, silahlarla heç kəsin izi də qalmaz - spiker

O, silahlarla heç kəsin izi də qalmaz - spiker

Dünya

Bu gün, 15:55

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mülki əhalisini hədəf alan hücumlarının daha ağır nəticələrə səbəb ola bilər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin parlementin plenar iclası zamanı çıxışında bildirib.

Volodinin sözlərinə görə, vəziyyət Rusiya ordusunun “heç kimdən iz qoymayacaq” silahlardan istifadəsinə gətirib çıxara bilər:

“Bütün bunlar elə bir mərhələyə çata bilər ki, biz heç kimdən əsər-əlamət qoymayacaq silahlardan istifadə edək. Amma vəziyyəti bu həddə çatdırmaq olmaz”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi mayın 25-də açıqlama yayaraq, Ukraynanın Starobelskdəki hücumuna cavab olaraq Kiyevdəki hərbi obyektlərə və qərar qəbuletmə mərkəzlərinə sistemli zərbələrin endiriləcəyini bəyan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı