Modern.az

İranın Ermənistana satdığı silah ilk dəfə üzə çıxdı - FOTO

İranın Ermənistana satdığı silah ilk dəfə üzə çıxdı - FOTO

Dünya

Bu gün, 09:28

Ermənistan İran istehsalı olan AD-08 “Majid” qısa mənzilli hava hücumundan müdafiə sistemini əldə edib.

Modern.az xəbər verir ki, bununla da Ermənistan sözügedən HHM kompleksinin ilk xarici operatoru olub.

Məlumata görə, sistem İran və Ermənistan arasında 2024-cü ilin iyulunda imzalanmış 500 milyon dollarlıq gizli silah müqaviləsi çərçivəsində tədarük edilib.

Qeyd edək ki, AD-08 “Majid”  Elektro-optik və infraqırmızı hədəf aşkarlama sistemi ilə çalışır və o radar siqnallarından minimum istifadə etdiyi üçün aşkarlanması çətin hesab olunur.AD-08 “Majid” sistemi dronları, helikopterləri və aşağı hündürlükdə uçan digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleks həmçinin qanadlı raketlərə qarşı yaxın məsafəli müdafiə təmin edir. Sistem hava hədəflərini elektro-optik və infraqırmızı avadanlıqlar vasitəsilə aşkarlayır, radar istifadə etmədən onları gizli şəkildə izləyərək zərərsizləşdirə bilir. AD-08 “Majid” eyni anda bir neçə hədəfə qarşı fəaliyyət göstərmək imkanına malikdir. Mobil platforma üzərində yerləşdirildiyi üçün sürətli mövqe dəyişərək operativ hava müdafiəsi yaratmağa imkan verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı