Modern.az

Paşinyan Karapetyana xəbərdarlıq etdi: “Çevriliş cəhdi alınmayacaq!"

Paşinyan Karapetyana xəbərdarlıq etdi: “Çevriliş cəhdi alınmayacaq!"

Dünya

Bu gün, 14:11

“Mən daha bir məhkəmə iddiası qaldıracağam, çünki dünən ‘Armenia TV’ telekanalına verdiyim müsahibədən sonra onlar guya mənim 300 min azərbaycanlının Ermənistana qayıdacağını və ya gətirilərək burada yerləşdiriləcəyini təsdiqlədiyimi bildiriblər”.

Modern.az xəbər verir ki, bu sözləri mayın 28-də brifinq zamanı Ermənistanın baş naziri Nikol Pashinyan “Güclü Ermənistan” partiyası və onun lideri Samvel Karapetyan barədə danışarkən deyib.

“Bu məsələ ilə bağlı üçüncü iddianı qaldıracağam. Bu dəfə artıq açıq televiziya müsahibəsi ilə qarşı-qarşıyayıq və daha da aydındır ki, üçüncü üzrxahlığı Samvel Karapetyan etməlidir. Əgər o artıq məhkəmə iddiasının qiymətindən narahat olmağa başlayıbsa, deməli, onun sərvətinin miqyası barədə yayılan şayiələr çox şişirdilib”, — deyə Paşinyan əlavə edib.

Paşinyan həmçinin bir səs yazısına toxunaraq bildirib ki, orada hətta onun seçkilərdə qalib gələcəyi halda belə “çevrilişə” gediləcəyindən danışılır.

“Ermənistanın hüquq-mühafizə və institusional sistemi istənilən çevriliş cəhdinin hələ başlanğıc mərhələsində qarşısını almaq üçün kifayət qədər formalaşıb”, — deyə hökumət başçısı vurğulayıb.

Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək. Hakimiyyəti devirməyə çalışan Rusiyayönümlü müxalifət lideri, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyan bütün gücünü Baş nazir Nikol Paşinyanı Ermənistan ictimaiyyətinin gözündən salmağa yönəldib..
Samvel Karapetyan “300 min azərbaycanlı” iddiasını gündəmdə saxlamağa çalşır. O, seçicilərlə hər görüşündə iddia edir ki, “Nikol Paşinyan 300 min azərbaycanlının Ermənistana qayıdışı ilə bağlı Azərbaycan qarşısında öhdəlik götürüb”.
 

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV