Modern.az

Ermənistanda seçicilərə rüşvət verənlər saxlanılıb

Ermənistanda seçicilərə rüşvət verənlər saxlanılıb

Dünya

Bu gün, 12:14

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkədə seçki rüşvəti halları ilə bağlı yeni faktlar aşkar etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.

Məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələrinin Lori vilayətinin Spitak icmasına daxil olan Qoqaran qəsəbəsində və ətraf yaşayış məntəqələrində bir sıra seçicilərə rüşvət verdiyi müəyyən edilib.

İddialara əsasən, seçicilərə parlament seçkilərində həmin partiyaya səs vermələri və tərəfdar toplamaq şərti ilə pul təklif olunub.

Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi açılıb. Bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib, həmçinin digər prosessual tədbirlər həyata keçirilib.

Komitə araşdırmaların davam etdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ