Modern.az

Kataloniya noyabrın 9-da müstəqillik referendumu keçirəcək

Kataloniya noyabrın 9-da müstəqillik referendumu keçirəcək

Dünya

27 Sentyabr 2014, 21:43
Bu il noyabrın 9-da Kataloniya İspaniyadan ayrılmaq barədə referendum keçirəcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, referendumun keçirilməsi ilə bağlı Kataloniya prezidenti Artur Mas xüsusi fərman imzalayıb.
Noyabrın 9-da seçicilər 2 suala: “Kataloniyanın dövlət olmasını istəyirsinizmi?” və “ Əgər razısınızsa, Kataloniyanın müstəqil dövlət olmasını istəyirsinizmi” cavab verməlidirlər.
Bundan öncə, sentyabrın 19-da Kataloniya parlamenti İspaniyanın razılığı olmadan referendum keçirmək hüququ verən qanunu təsdiqləmişdi. Rəsmi Madrid isə qərarı qeyri-konstitusion adlandırıb. Əsas olaraq isə İspaniya Konstitusiyasında hər hansı bölgənin müstəqilliyi ilə bağlı referendumda bütün ispanların iştirak etməsinin şərt olduğu göstərilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı