Türkiyədə istehsal edilən məhsullar bundan sonra dünya bazarın yeni loqo ilə daxil olacaq.
Modern.az xəbər verir ki, artıq Tükiyəyə adi məhsulların üzərində “Made in Turkey” yazısı yerini “Turkey” loqosuna verib. Loqo Türkiyənin İqtisadi İnkişaf Nazirliyi və Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən hazırlanıb. Malların üzərində “Turkey” yazısı ilə birlikdə, "Discover the potential" (Gücü kəşf et) kəliməsi də yer alacaq. Təqdimatda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın harasında olursa-olsun, bu loqonu görənlərin malların Türkiyəyə aid olduğunu anlayacaqlarını deyib. Yeni loqo 8 motivdən ibarətdir. Burada türklər tərəfindən tarixdə kilim, xalça, əl sənətləri, arxitektura kimi sahələrdə istifadə olunan motivlər yer alıb.
Rüfanə GÜNƏŞ