Modern.az xəbər verir ki, Avropa məktəbliləri daha çox ingilis, fransız və alman dillərini öyrənir. 2014-cü ildə ingilis dili Avropa İttifaqına (Aİ) üzv 28 ölkənin məktəblərində ən çox yayılmış xarici dil olaraq qalıb.
Avropa İttifaqı Statistika Komitəsinin məlumatına görə, məktəblilərin 97,1 faizi ingilis dilini öyrənib.
Populyarlığına görə sonrakı yerlərdə fransız (34,1 faiz), alman (22,1faiz) və ispan (12,2 faiz) dilləri qərarlaşıb.
Xarici dil kimi ingilis dili 2014-cü ildə ən az Belçika (45,4 faiz), Lüksemburq (54,4 faiz) və Macarıstanda (62,6 faiz) öyrənilib.
Fransız dili daha çox Kipr (91,7 faiz), Rumıniya (85,7 faiz) və İtaliyada (69,9 faiz) populyardır.
2014-cü ildə alman dili daha çox Danimarka (məktəblilərin 73,5 faizi), Polşa (69,2 faiz) və Niderlandda (51,5 faiz) öyrənilib.
İsveç (42,3 faiz), Fransa (36,2 faiz) və Portuqaliya (21,6 faiz) məktəbliləri ən çox ispan dilinə həvəs göstərib.
Gülşən RAUFQIZI