Modern.az

Ermənistanda yol qəzalarında 3 mindən çox adam ölüb

Ermənistanda yol qəzalarında 3 mindən çox adam ölüb

Dünya

5 Oktyabr 2014, 00:28

 

Rəsmi məlumatlara görə, Ermənistanda demək olar hər gün baş verən yol-nəqliyyat hadisələri zamanı bir nəfər həlak olur. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son 10 ildə 3252 nəfər yol qəzalarının qurbanına çevrilib. Orta hesabla hər 6 qəzadan biri ölümlə nəticələnir. 2004-2013-cü illərdə yol qəzalarında xəsarət alanların sayı isə 27,1 min nəfər olub. Digər məlumata görə, bu müddətdə 100 yol qəzasının 3-ü (3,1 faiz) sürücülərin içkili vəziyyətdə avtomobil idarə etməsi səbəbindən baş verib. Spirtli içki qəbul edib sükan arxasına oturan sürücülərin törətdiyi qəzalarda ölənlər 4,6 faiz təşkil edib. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...