Modern.az

Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir

Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir

Dünya

Bu gün, 09:38

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda yeni mətbuat katibi olacaq. Çünki hazırkı mətbuat katibi Nazeli Bağdasaryan hakim "Vətəndaş müqaviləsi" Partiyasının deputatlığa namizədləri siyahısına daxil edilib və deputat statusunda parlamentə keçəcək.

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzetin məlumatına görə, Nazeli Bağdasaryan 2023-cü ildə Şirak vilayətinin qubernatoru vəzifəsini tərk edərək Nikol Paşinyanın mətbuat katibi təyin olunmuşdu. O, bundan əvvəl isə parlamentdən Şirak vilayətinə qubernator kimi göndərilmişdi.

Məlumata əsasən, Paşinyanın yeni mətbuat katibi vəzifəsinə əsas namizəd 26 yaşlı Melanya Arutyunyandır. O, "Vətəndaş müqaviləsi" Partiyasının gənclər təşkilatı şurasının katibidir. Qəzet qeyd edir ki, Melanya Arutyunyan seçkiqabağı kampaniya boyunca Paşinyanı müşayiət edib və hökumətdə keçirilən son brifinq zamanı jurnalistlərin arxasında yerləşən sırada dayanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada