Modern.az

Ermənistanda parlament sədrinin müavinləri dəqiqləşdi

Ermənistanda parlament sədrinin müavinləri dəqiqləşdi

Dünya

Bu gün, 00:18

Hakim "Vətəndaş müqaviləsi" Partiyası müzakirələr və qapalı səsvermənin nəticələrinə əsasən deputatlar Ayk Konjoryan və Vahan Aleksanyanın parlament sədrinin müavinləri vəzifəsinə namizədliyini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin parlament rəhbərliyinə təklif olunan namizədlər arasında qadınların olmaması və bunun gender bərabərliyi prinsipini pozduğuna dair sualını cavablandıran Paşinyan bildirib ki, seçkilər partiya daxilində ciddi rəqabət şəraitində keçirilib.

"Bərabərlikdən danışırıqsa, bu, hamı üçün bərabər rəqabət şəraitinin yaradılması deməkdir. Bu şəraitdə namizədlər ya seçilir, ya da seçilmir. Bu, partiyadaxili müzakirələrin və səsvermənin nəticəsidir", – deyə o vurğulayıb.

Baş nazir komandada aparılan kadr dəyişikliklərinin nəticələrini də yüksək qiymətləndirərək bildirib ki, partiyada keçmiş nazirlərin, sabiq baş nazir müavinlərinin və parlamentin iki keçmiş sədrinin təmsil olunması ciddi siyasi kapital formalaşdırır.

Keçmiş parlament sədri Alen Simonyan ilə aralarında fikir ayrılığı olduğu barədə yayılan iddiaları təkzib edən Paşinyan deyib:

"Aramızda heç bir parçalanma yoxdur. Fikirlərimizi tutuşduracağıq və birgə fəaliyyətimizi davam etdirəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada