Ermənistanda hakim “Vətəndaş müqaviləsi” Partiyasından deputatlığa namizəd Arusyak Manavazyan partiyanın parlament fraksiyasının rəhbəri vəzifəsinə namizəd göstərilib.
Modern.az xəbər verir ki, bu barədə o, məlumatı jurnalistlərə şəxsən təsdiqləyib.
Sabah “Vətəndaş müqaviləsi” Partiyası qapalı iclas keçirəcək və həmin iclasda fraksiyanın yeni rəhbəri seçiləcək.
Bir neçə gün əvvəl isə Ermənistan parlamentinin vitse-spikeri vəzifələrinə namizəd kimi Hayk Konjoryan və Vahan Aleksanyan irəli sürülüblər.
Xatırladaq ki, iyunun 25-də “Vətəndaş müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında keçirilən gizli səsvermənin nəticələrinə əsasən Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd seçilib.
Qeyd edək ki, Ermənistanda Baş prokuror və daxili işlər naziri də qadınlardır: Baş prokuror Anna Vardapetyan, daxili İşlər naziri Arpin Sarkisyandır.