Modern.az

ABŞ-nin İrana üçüncü zərbə dalğası başa çatdı

ABŞ-nin İrana üçüncü zərbə dalğası başa çatdı

Dünya

12 İyul 2026, 09:36

Amerika hərbçiləri bu həftə İrana üçüncü zərbələr seriyasını tamamlayıb.

Modern.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"CENTCOM bu həftə İrana üçüncü zərbələr seriyasını tamamladı", - paylaşımda deyilir.

Komandanlığın məlumatına görə, zərbələr İranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Ümumilikdə, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!