Modern.az

Qətərin keçmiş əmiri vəfat etdi

Qətərin keçmiş əmiri vəfat etdi

Dünya

12 İyul 2026, 09:55

Qətərin sabiq əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə əmirin ofisi X sosial şəbəkəsində məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, Şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər dünyasını dəyişib. Bəyanatda onun vəfatının ölkə üçün böyük itki olduğu vurğulanıb.

Şeyx Həməd bin Xəlifə Al Tani müasir Qətərin qurucularından biri və ölkənin inkişafında mühüm rol oynamış siyasi xadim kimi tanınır. Hakimiyyəti oğluna təhvil verdikdən sonra da o, Qətərdə nüfuzlu və böyük hörmət sahibi şəxsiyyət olaraq qalmağa davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!