Modern.az

Əraqçinin Oman səfərinin DETALLARI

Əraqçinin Oman səfərinin DETALLARI

Dünya

Bu gün, 16:58

İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı siyasi, hüquqi və texniki səviyyədə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlib.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Məsqətdə keçirilən İran-Oman danışıqlarını şərh edərkən məlumat verib.

Onun sözlərinə görə, hüquqi və texniki nümayəndələrin də qatıldığı görüşlərdə əsas müzakirə mövzusu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və sərbəst hərəkətin təmin edilməsi olub.

Bəqayi qeyd edib ki, müzakirələr iki sahilyanı dövlətin suveren hüquqları, qüvvədə olan beynəlxalq hüquq normaları və İslamabad Memorandumunun 5-ci bəndi çərçivəsində aparılıb.

O vurğulayıb ki, İran hesab edir ki, Hörmüz boğazında gələcək hərəkət qaydaları yalnız iki sahilyanı ölkə arasında aparılan məsləhətləşmələr əsasında müəyyən edilməli, eyni zamanda son aylarda baş verən hadisələr, xüsusilə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların boğazda gəmiçiliyin təhlükəsizliyinə təsiri nəzərə alınmalıdır.

Nazirlik rəsmisi bildirib ki, Tehran və Məsqət Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması məqsədilə ortaq yanaşmanın formalaşdırılması üçün danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər.

Bəqayinin sözlərinə görə, görüşlərin bir hissəsində son aylarda ABŞ-İran təmaslarında vasitəçi rolunu oynayan regional ölkələrdən biri olan Qətərin nümayəndə heyəti də iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR