Modern.az

Bu şəhərdə 51 dərəcə isti var

Bu şəhərdə 51 dərəcə isti var

Dünya

14 İyul 2026, 09:05

İranda 2026-cı ilin əvvəlindən bəri dünyada qeydə alınan ən yüksək temperatur göstəricisi qeydə alınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 12-də İranın Dehloran şəhərində havanın temperaturu +51,5 dərəcəyə çatıb.

Bu barədə Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat verib.

Qeyd olunub ki, göstərici 2026-cı ilin əvvəlindən etibarən dünya üzrə ən yüksək temperatur hesab olunur.

Mütəxəssislər bölgədə anomal istilərin davam etdiyini bildirirlər. Yüksək temperatur fonunda əhali üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, xüsusilə yaşlılar və xroniki xəstəlikləri olan şəxslərin diqqətli olması tövsiyə edilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!