ABŞ Prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, İranla razılaşmanın hələ də mümkün olduğunu bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən danışıb.
“Bəli, düşünürəm ki, razılaşma mümkündür”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, hazırkı gərgin vəziyyətə baxmayaraq, ABŞ ilə İran arasında diplomatik razılığın əldə olunması ehtimalı qalır. Onun sözlərinə görə, Vaşinqton vəziyyətin siyasi-diplomatik yollarla həllinə ümid edir.
ABŞ Prezidenti əlavə təfərrüatlar açıqlamasa da, tərəflər arasında dialoq imkanlarının tamamilə aradan qalxmadığını vurğulayıb.