Modern.az

İran ABŞ-nin Küveytdəki bazalarını VURDU

İran ABŞ-nin Küveytdəki bazalarını VURDU

Dünya

Bu gün, 10:43

İran ordusu ABŞ-nin Küveytdə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Modern.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, əməliyyatlar "düşmənin davam edən təcavüzünə, körpülərə, infrastruktur obyektlərinə və mülki ərazilərə hücumlarına cavab olaraq" həyata keçirilib.

Məlumata əsasən, hücum zamanı ABŞ ordusunun Əl-Udeyd düşərgəsindəki sursat anbarı, eləcə də Küveytdə yerləşən "Əli əs-Salim" hərbi bazasındakı "Patriot" hava hücumundan müdafiə sistemləri və radar qurğuları hədəfə alınaraq məhv edilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İordaniyadakı Amerika hərbi obyektlərinə edilən hücum nəticəsində iki hərbçinin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə