Modern.az

Rubiodan Kubaya ÇAĞIRIŞ

Rubiodan Kubaya ÇAĞIRIŞ

Dünya

19 İyul 2026, 15:21

ABŞ dövlət katibi Marko Rubio Kuba hakimiyyətini siyasi səbəblərlə həbs olunduğu bildirilən 700-dən çox məhbusu dərhal azad etməyə çağırıb.

Modern.az xəbər verir ki, Rubio bu fikirləri tanınmış kubalı dissident rəssam Luis Manuel Otero Alkantaranın beş illik həbsdən sonra sərbəst buraxılmasına münasibət bildirərkən səsləndirib.

ABŞ dövlət katibi Luis Manuel Otero Alkantaranın artıq Kubanı tərk edərək ABŞ-a gəldiyini də təsdiqləyib.

“Rejimin qanunsuz şəkildə həbsdə saxladığı 700-dən artıq siyasi məhbusun dərhal azad olunmasını tələb edirik. Beynəlxalq ictimaiyyət Kuba hakimiyyətinin insan hüquqlarını pozmasına daha laqeyd qalmamalı, bu repressiyaların dayandırılması üçün bizə qoşulmalıdır”, – deyə Marko Rubio vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə