Modern.az

İrandan Hörmüzlə bağlı yeni TƏKLİF

İrandan Hörmüzlə bağlı yeni TƏKLİF

Dünya

19 İyul 2026, 14:51

İran Hörmüz boğazından Omana gəmilərin hərəkəti üçün yeni həll yolu təklif edilib.

Modern.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

"Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyəti İranın üzərinə düşür", - Qəribabadi qeyd edib.

O həmçinin bildirib ki, İran Omanın suverenliyini pozmaq niyyətində deyil: "İran Hörmüz boğazı üzərindəki suverenliyini istənilən vasitə ilə müdafiə edəcək və heç bir halda bu boğazın cənub marşrutunu qəbul etməyəcək".

İranın XİN-in rəsmisi ABŞ ilə danışıqlar mövzusuna da toxunub. "Bu günə qədər biz ABŞ ilə İslamabad razılaşması çərçivəsində heç bir danışıqlar aparmamışıq", - o vurğulayıb.

K.Qəribabadinin sözlərinə görə, İran ABŞ ilə danışıqlar barədə heç bir tələb irəli sürməyəcək.

Xatırladaq ki, iyulun 18-də Qəribabadi İranın İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırdığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə