Modern.az

Ukrayna Belqorodu dronla vurdu - 2 ölü

Ukrayna Belqorodu dronla vurdu - 2 ölü

Dünya

Bu gün, 13:41

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə dron zərbələri endirib, 2 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Şuvayev “Telegram” kanalında məlumat verib.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod vilayətinə 96 hücum həyata keçirib. Hücumlar nəticəsində Belqorod və Qrayvoron dairələrində iki nəfər həlak olub, Belqorod və Şebekino dairələrində isə biri uşaq olmaqla doqquz nəfər yaralanıb.

Vilayət rəhbərinin sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod şəhərinə, həmçinin Belqorod, Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka dairələrinə zərbələr endirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə