Modern.az

ABŞ İranın Qərbi Azərbaycan əyalətinu vurdu

ABŞ İranın Qərbi Azərbaycan əyalətinu vurdu

Dünya

Bu gün, 17:18

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyaləti raket hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə Fars agentliyi əyalətin Böhran Vəziyyətlərinin İdarə Olunması İdarəsinin rəhbəri Həmid Səfərinin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, "düşmən raketi" əyalətdəki yaşayış olmayan ərazilərdən birinə düşüb.

Hadisə nəticəsində ölən və ya yaralananların olduğu barədə hələlik rəsmi məlumat verilməyib.

Daha sonra İranın dövlət televiziya və radiosu ABŞ-ın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərinə zərbə endirdiyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də İranla iyunun 18-də əldə olunmuş atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan etmişdi. Bundan sonra ABŞ ordusu İran ərazisinə ardıcıl hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığı bu əməliyyatların Hörmüz boğazında kommersiya gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq təşkil edildiyini açıqlayıb.

Buna cavab olaraq İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib və Vaşinqtonu atəşkəs memorandumunu pozmaqda ittiham edib.

"Axios" portalının məlumatına görə, Donald Tramp iyulun 25-də İrana yeni zərbələrin endirilməsini dayandırmaq göstərişi verib. İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya isə iyulun 26-da ABŞ hücumları dayandırıldıqdan sonra İran Silahlı Qüvvələrinin də cavab zərbələrini dayandırdığını bildirib.

Bununla belə, bölgədə gərginliyin davam etdiyi və müxtəlif tərəflər arasında silahlı insidentlərin hələ də yaşandığı qeyd olunur.

Sizə yeni x var
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA