Modern.az

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü yenidən pozdu

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü yenidən pozdu

Dünya

Bu gün, 17:30

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinin başlanmasını yenidən ləngidib.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, Budapeşt Ukraynanın vahid bazara inteqrasiyası, eləcə də iqtisadi və sosial siyasətlə bağlı iki danışıq klasterinin açılmasını təxirə salıb.

Aİ-yə üzvlük üzrə altı danışıq klasterinin hər birinin açılması üçün ittifaqa üzv olan 27 ölkənin hamısının razılığı tələb olunur. Avropa Komissiyası Kiyevin bu mərhələ üçün zəruri şərtləri yerinə yetirdiyini bildirsə də, Macarıstanın baş naziri Peter Madyar Ukraynanın sürətləndirilmiş üzvlüyünə qarşı çıxır.

O hesab edir ki, Ukrayna Qərbi Balkan ölkələri ilə müqayisədə üstün mövqe əldə etməməlidir.

Bununla yanaşı, Brüsseldə problemin Budapeştlə birbaşa siyasi dialoq yolu ilə həll ediləcəyinə ümid edilir. İrlandiya isə danışıqlar prosesinə qoyulan blokun mümkün qədər tez aradan qaldırılmasına çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA