Modern.az

İspaniyada müşə yanğınları - sakinlər təxliyə olunur

İspaniyada müşə yanğınları - sakinlər təxliyə olunur

Dünya

Bu gün, 19:34

İspaniyanın qərbindəki Samora əyalətində baş verən meşə yanğını səbəbindən yüzlərlə insan təxliyə edilib.

Modern.az xəbər verir ki, yanğın günorta saatlarında Fermoselye yaşayış məntəqəsinə yaxınlaşıb.

Təhlükəsizlik məqsədilə hakimiyyət orqanları altı kiçik yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinə qərar verib.

Hazırda İspaniyanın müxtəlif bölgələrində bir neçə meşə yanğını davam edir. Ən iri yanğın Madrid muxtar icması və Avila əyalətini əhatə edib. Ötən həftə başlayan və təxminən 77 min hektar ərazini əhatə edən yanğın hələ də tam lokallaşdırılmasa da, vəziyyətin sabitləşdiyi bildirilir.

Baş nazir Pedro Sançesin daha əvvəl verdiyi məlumata görə, cari ildə İspaniyada meşə yanğınları nəticəsində təxminən 150 min hektar ərazi məhv olub, 13 nəfər həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA