Modern.az

Zelenski Polşaya gedib

Zelenski Polşaya gedib

Dünya

Bu gün, 21:22

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında UPA (Ukrayna Qiyamçı Ordusu) məsələsinə görə münasibətlərin kəskinləşməsindən sonra ilk dəfə Polşaya səfər edib.

Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, Ukrayna lideri Polşanın Lyublin şəhərində Baş nazir Donald Tusk ilə görüşəcək.

Səfərin əsas məqsədi ABŞ-yə səfərin, o cümlədən Ağ Ev rəhbəri Donald Trampla aparılan danışıqların yekunlarını müzakirə etməkdir.

Xatırladaq ki, son dövrlər Polşa və Ukrayna arasında münasibətlərin ciddi şəkildə pisləşməsi ilə yaddada qalıb. Polşa Prezidenti Karol Navrotski Ukrayna ordusunun bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsi səbəbindən Zelenskini ölkənin ali mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. Cavab reaksiyası olaraq Ukraynanın üç keçmiş prezidenti – Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko Polşanın dövlət mükafatlarından imtina etmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA