Modern.az

ABŞ 1000-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib

ABŞ 1000-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib

Dünya

29 İyul 2026, 20:51

SEPAH-ın Hörmüz boğazından keçən ticarət gəmilərinə yönəlmiş hədələrinə baxmayaraq, beynəlxalq gəmiçilik marşrutu fəaliyyətini davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, SEPAH beynəlxalq gəmiçilikdən yalnız özünün müəyyən etdiyi marşrutlardan istifadə etməyi tələb etsə də, Hörmüz boğazı beynəlxalq su yolu hesab olunur və SEPAH-ın burada marşrutları müəyyən etmək səlahiyyəti yoxdur.

CENTCOM-un məlumatına görə, ABŞ hərbi qüvvələrinin dəstəyi ilə kommersiya gəmiləri boğazdan təhlükəsiz keçidini davam etdirir.

Qeyd olunub ki, may ayının əvvəlindən etibarən ABŞ Mərkəzi Komandanlığının qüvvələri təxminən 1000 ticarət gəmisinin və 500 milyon barel xam neftin Hörmüz boğazından təhlükəsiz keçidinə dəstək göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi