İranın nüvə proqramı ilə bağlı vəziyyəti daim izlənilir.
Modern.az xəbər verir ki, bu barədə yüksəkvəzifəli İsrail rəsmisi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Tehranla bağlı bütün ssenarilər hələ də gündəmdədir.
Bildirilib ki, İran Kirka dağı adlandırılan obyektdə uranı zənginləşdirmir. Rəsmi qeyd edib ki, İran sentrifuqaları həmin obyektə köçürülsə də, İsrail kəşfiyyatı bu məkanla bağlı məlumatları davamlı şəkildə təhlil edir.
Mənbə bildirib ki, İranla bağlı növbəti qərarlar əsasən ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olacaq.
İsrail rəsmisi, həmçinin İranın Ali Lideri Müctəba Xameneinin sağ olduğunu desə də, onu şəxsən heç kimin görmədiyini deyib.
Mənbənin qiymətləndirməsinə görə, hazırda İranın arsenalında təxminən 1500 ballistik raket mövcuddur.