İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının nəzarət altında saxlanıldığını və gəmilərin yalnız razılaşdırılmış qaydada hərəkət etdiyini bildirib.
Modern.az xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Özmai X sosial şəbəkəsində yazıb ki, neft tankerləri də daxil olmaqla bütün gəmilərin boğazdan keçidi yalnız SEPAH Hərbi Dəniz Qüvvələri ilə razılaşdırıldıqdan sonra mümkündür.
Bununla yanaşı, "MarineTraffic" platformasının məlumatına əsasən, boğazlarda gəmilərin hərəkəti davam edir. Ehtimal olunur ki, keçidlər İran tərəfi ilə razılaşdırılmaqla həyata keçirilir.
Son 24 saat ərzində Hörmüz və Bab əl-Məndəb boğazlarından ümumilikdə 53 gəmi keçib. Onlardan 12-si Hörmüz boğazından istifadə edib ki, bu da əvvəlki günlə müqayisədə təxminən 50 faiz çoxdur.