Modern.az

ABŞ İranın hərbi müşavirlərini öldürdü

ABŞ İranın hərbi müşavirlərini öldürdü

Dünya

29 İyul 2026, 23:15

ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı hədəflərə endirdiyi zərbələr nəticəsində İranın təxminən 20 hərbi müşaviri, o cümlədən SEPAH üzvləri həlak olub. 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr çərşənbə axşamı axşamı həyata keçirilib. Həlak olanlar arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri və texniki mütəxəssislər də var. 

ABŞ rəsmisinin sözlərinə görə, əməliyyatın əsas məqsədi həmin şəxsləri zərərsizləşdirmək, eləcə də İranın dəstəklədiyi silahlı qruplaşmaların raket və pilotsuz uçuş aparatı potensialını zəiflətmək olub

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri