Modern.az

ABŞ İranın cənubundakı şəhərləri vurdu

ABŞ İranın cənubundakı şəhərləri vurdu

Dünya

Bu gün, 09:00

ABŞ ordusu gecə saatlarında İranın cənubunda yerləşən dörd şəhər və üç adaya hava zərbələri endirib. Vaşinqton əməliyyatın İranın bölgədəki ABŞ qüvvələrinə hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət KİV-i və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, zərbələr İranın cənub-qərbində yerləşən Abadan və Kazerun şəhərlərinə, Fars körfəzi sahilindəki Buşehrə, həmçinin Bəndər-Abbas limanına və Hörmüz boğazındakı Əbu Musa, Kiş və Qeşm adalarına endirilib.

Bundan əvvəl CENTCOM İranın bölgədə yerləşən ABŞ hərbçilərinə hücumuna cavab olaraq ölkə ərazisindəki hədəflərə qarşı əməliyyat keçirdiyini bəyan edib.

Komandanlığın açıqlamasına əsasən, təxminən iki saat davam edən zərbələr zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus onlarla hədəf vurulub. Onların arasında komanda məntəqələri, raket və pilotsuz uçuş aparatlarının buraxılış mövqeləri, eləcə də sahil müdafiə obyektləri yer alıb.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İran və onun dəstəklədiyi qüvvələrdən ABŞ hərbçiləri, beynəlxalq ticarət gəmiçiliyi və Fars körfəzi ölkələrinə yönələn təhlükələri azaltmaq olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Azərbaycanı müharibəyə çəkmək istəyir - Vahid Əhmədovdan sensasion açıqlama