Modern.az

ABŞ - İran danışıqları davam edir - Pakistan XİN

ABŞ - İran danışıqları davam edir - Pakistan XİN

Dünya

Bu gün, 15:20

Pakistan ABŞ və İran arasında Yaxın Şərqdə döyüşlərin yenidən alovlanmasına baxmayaraq danışıqların davam etdiyini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tahir Andrabi İslamabadda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında xüsusilə Hörmüz boğazında vəziyyətin sabitləşdirilməsi və bölgədə gərginliyin azaldılması məqsədilə danışıqlar davam etdirilir.

Tahir Andrabi qeyd edib ki, Pakistan hər iki tərəfi İslamabad Anlaşma Memorandumuna qaytarmaq üçün bütün imkanlarından istifadə edir.

XİN rəsmisi əlavə edib ki, son günlərdə nisbi sakitlik müşahidə olunsa da, Fars körfəzində təhlükəsizlik vəziyyəti hələ də qeyri-sabit olaraq qalır.

O vurğulayıb ki, Pakistan dialoq və diplomatiyanı mövcud böhranın həlli üçün yeganə real yol hesab edir.

Andrabi həmçinin İslamabadın İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası istiqamətində atılan addımları alqışladığını, ölkəsinin regional sülh və sabitliyin təmin olunmasına töhfə verməyə davam edəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada