Modern.az

II Qaregin və 6 yepiskopun məhkəmə tarixi açıqlandı

II Qaregin və 6 yepiskopun məhkəmə tarixi açıqlandı

Dünya

Bu gün, 17:14

Bütün ermənilərin katolikosu II Qaregin və daha 6 yepiskop barəsində açılan cinayət işi üzrə ilk məhkəmə iclası avqustun 7-də keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkil Ara Zohrabyan məlumat yayıb.

Onun sözlərinə görə, məhkəmə iclası saat 16:00-da Eçmiədzində yerləşən Armavir vilayəti üzrə ümumi yurisdiksiya məhkəməsində baş tutacaq. İşə hakim Akop Manukyan baxacaq.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi II Qareginin yepiskop Gevorq Saroyanı (dünyəvi adı Arman Saroyan) dini rütbədən məhrum etməsi ilə bağlı cinayət işi başladıb. Gevorq Saroyan Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında yaranmış qarşıdurmada hökuməti dəstəkləmişdi.

İstintaq materiallarına əsasən, iş məhkəmə qərarının icra edilməməsi, onun icrasına mane olma və məhkəmə qərarının icra edilməməsinə təhrik etmə maddələri üzrə aparılır.

Cinayət işi üzrə II Qareginlə yanaşı, Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurasının daha 6 üzvü də təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

 

Sizə yeni x var
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada