Modern.az

CENTCOM: Heç bir ABŞ təyyarəsinə zərər dəyməyib

CENTCOM: Heç bir ABŞ təyyarəsinə zərər dəyməyib

Dünya

30 İyul 2026, 21:56

İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə son hücumlarında heç bir ABŞ təyyarəsinə zərər dəyməyib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.

"İranın son hücum cəhdləri nəticəsində heç bir ABŞ təyyarəsi məhv edilməyib və ya zədələnməyib. Bütün raketlər və dronlar ələ keçirilib və ya hədəflərinə çata bilməyib", - açıqlamada deyilir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın İordaniyadakı ABŞ-ın Əl-Əzraq Hava Bazasına zərbə endirdiyini, üç F-35 qırıcı təyyarəsini məhv etdiyini və daha üç təyyarəyə ciddi ziyan vurduğunu açıqlayıb.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada