Modern.az

Kürd deputat Ermənistan parlamentində sədrlik edəcək

Kürd deputat Ermənistan parlamentində sədrlik edəcək

Dünya

Bu gün, 22:16

Ermənistan Milli Assambleyasının IX çağırış üzrə ilk sessiyası avqustun 2-də saat 10:00-da işə başlayacaq.

Modern.az xəbər verir ki, parlament sədri seçilənədək iclasları yeni seçilmiş parlamentin yaşca ən böyük deputatı Knyaz Həsənov aparacaq.

Qeyd edək ki, Knyaz Həsənov Ermənistanda yaşayan yezidi icmasının tanınmış nümayəndələrindən biridir. O, 1945-ci il yanvarın 17-də Ermənistanın Kotayk vilayətinin Astğaberd kəndində anadan olub. Moskvada Marks–Engels–Lenin İnstitutunda siyasi iqtisad ixtisası üzrə, daha sonra isə Ermənistan Kənd Təsərrüfatı İnstitutunda bağçılıq ixtisası üzrə təhsil alıb. 

Əmək fəaliyyətinə dövlət idarəçiliyində başlayıb. Uzun illər Abovyan və Kotayk rayonlarının kinoteatrlar şəbəkəsinə rəhbərlik edib. 2007-ci ildən isə yezidi icmasının nəşri olan “Zaqros” aylıq qəzetinin baş redaktorudur. 

Knyaz Həsənov Ermənistan parlamentinə seçilib və IX çağırış Milli Assambleyanın yaşca ən böyük deputatı olduğu üçün qanunvericiliyə əsasən parlament sədri seçilənədək ilk iclasa sədrlik edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada