Modern.az

Türkiyədə avtobus aşdı, 21 nəfər yaralandı

Türkiyədə avtobus aşdı, 21 nəfər yaralandı

Dünya

3 Avqust 2026, 02:42

Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir