Modern.az

İstanbulda torpaq sürüşməsi baş verib

İstanbulda torpaq sürüşməsi baş verib

Dünya

3 Avqust 2026, 21:08

İstanbulun Böyükçekməcə rayonunun Mimar Sinan sahili ərazisində torpaq sürüşməsi baş verib.

Modern.az xəbər verir ki, sahil ilə yaşayış binaları arasında yerləşən torpaq sahəsinin çökməsi nəticəsində sürüşən torpaq sahil yolunun bir hissəsini bağlayıb.

Hadisə zamanı sahildə olan insanlar arasında təşviş yaranıb. Əraziyə polis, təcili tibbi yardım və çoxsaylı yanğın-xilasetmə briqadaları cəlb edilib.

İlkin məlumatda torpaq altında qalan insanların olduğu bildirilib. Bu ehtimala qarşı bölgədə axtarış-xilasetmə əməliyyatı başladılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri