Ukraynaya hərbi yardım çərçivəsində ən çox tankı Polşa göndərib. Araşdırma yalnız rəsmi şəkildə açıqlanmış hərbi yardımları əhatə edir.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Kil Universitetinin hazırladığı araşdırmada bildirilib.
Məlumata görə, Polşa Ukraynaya 254 tank verməklə siyahıya başçılıq edir. Sonrakı yerlərdə Niderland (86 tank), Almaniya (78) və Danimarka (57) qərarlaşıb. Avstraliya isə Ukraynaya 49 ədəd M1A1 Abrams tankı göndərib.
Artilleriya sistemlərinin tədarükündə Böyük Britaniya liderdir. London Ukraynaya 94 artilleriya qurğusu verib. Ardınca ABŞ (90), İtaliya (40) və Danimarka (37) gəlir.
Zirehli texnika üzrə ən böyük dəstəyi ABŞ göstərib. Vaşinqtonun 290 ədəd zirehli texnika göndərdiyi bildirilir. Sonrakı yerlərdə Almaniya (154), Danimarka (130) və Böyük Britaniya (118) yer alır.
Hava hücumundan müdafiə sistemlərinin tədarükündə isə Almaniya ön sıradadır. Berlin Ukraynaya 30 “Gepard” zenit qurğusu, 2 “Patriot” batareyası, 2 IRIS-T sistemi və 500 “Stinger” raketi və ya buraxılış qurğusu təqdim edib.
ABŞ isə Ukraynaya 6 NASAMS sistemi, 8 Avenger zenit qurğusu, 1 Patriot batareyası və 423 “Stinger” raketi və ya buraxılış qurğusu göndərib.