Modern.az

II Qareginə qarşı cinayət işi təhlükəli həddə çatıb

II Qareginə qarşı cinayət işi təhlükəli həddə çatıb

Dünya

7 Avqust 2026, 01:02

Ermənistanın sabiq ombudsmanı Arman Tatoyanın rəhbərlik etdiyi “Birlik Qanadları” Partiyası bütün ermənilərin katolikosu II Qaregin və bir qrup yepiskopa qarşı açılan cinayət işi ilə bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanatda bu prosesin hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı münasibətləri “təhlükəli və yolverilməz həddə” yaxınlaşdırdığı bildirilib.

Partiya qeyd edib ki, cinayət işinin formal səbəbi məhkəmə qərarının icrasına mane olmaq ittihamı olsa da, məsələnin mahiyyəti daha dərindir və dünyəvi məhkəmələrin səlahiyyətləri ilə Erməni Apostol Kilsəsinin kanonik muxtariyyəti arasındakı sərhədlərə toxunur.

Bəyanatda vurğulanıb ki, Baş nazir Nikol Paşinyanın əvvəllər katolikosu vəzifədən uzaqlaşdırmaq niyyətini ifadə edən çoxsaylı açıqlamalarından sonra cinayət təqibinin başlanması ciddi narahatlıq doğurur.

Partiya həmçinin bildirib ki, Erməni Apostol Kilsəsi erməni xalqının mənəvi, tarixi və milli kimliyinin əsas sütunlarından biridir. Buna görə də kilsəyə və katolikosa təzyiq təkcə dini instituta deyil, həm də milli həmrəyliyə, dövlətçiliyin əsaslarına və konstitusion tarazlığa zərbə vurur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı