Modern.az

Mişustin Paşinyanla birgə görüntüləndi

Mişustin Paşinyanla birgə görüntüləndi

Dünya

7 Avqust 2026, 10:18

Rusiyanın Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclası başlamazdan əvvəl qısa görüş keçiriblər.
Modern.az xəbər verir ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutub.

Məlumata görə, nümayəndə heyətlərinin rəhbərləri konqres mərkəzinə elektromobillə gəliblər. Mixail Mişustin və Nikol Paşinyan eyni elektromobildə əyləşərək yol boyu söhbət ediblər.

Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə keçirilən iclasında Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin hökumət başçıları iştirak edirlər.

Nikol Paşinyan avqustun 6-da bu tədbirdə iştirak etmək üçün Qırğızıstana səfər edib. İclasın gündəliyinə 15-dən çox məsələ daxil edilib.

Tədbirdə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın baş nazirləri, həmçinin müşahidəçi ölkələrin nümayəndələri iştirak edirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı